14 aprel 2025 11:53
398

Tibb elminə həsr olunmuş ömür

Unudulmaz alim, mehriban ana, qayğıkeş insan... Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngindir ki, onun fəaliyyətinə nəzər salarkən, bir daha bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur.

Bu gün bütün səviyyələrdə etiraf olunur ki, akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsinə, o cümlədən, Azərbaycanda traxomanın kökünün kəsilməsinə böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi tədqiqatlar aparmışdır.

Zərifə xanımın elmi fəaliyyətinin digər sahələrindən biri klinik diaqnostik istiqamətdə apardığı tədqiqatlardır. Elmi fəaliyyətinin əsas istiqamətlərindən biri də peşə oftalmologiyasına həsr edilmişdir. Zərifə xanım sözün əsl mənasında bu sahənin ilk pioneri olmuşdur.

Akademik Zərifə Əliyevanın şərəfli həkim yolu onun doğmaları tərəfindən hazırda da davam etdirilir. İnanıram ki bütün Azərbaycan gənclərinin yollarına işıq saçan görkəmli ictimai xadim, akademik Zərifə Əziz qızı Əliyevanın irsindən indiki və gələcək nəsillər hər zaman lazımınca bəhrələnəcək, elmin yeni zirvələrini inamla fəth edəcəklər.

Gözəl Qarayeva,
24 nömrəli tam orda məktəbin rus dili müəllimi