Gəncədə qidadan zəhərlənən şəxslərin sayı artıb.
“İki sahil” xəbər verir ki, qida zəhərlənməsi diaqnozu ilə daha bir nəfər - 2005-ci il təvəllüdlü F.Cabbarov da xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, bundan əvvəl 1990-cı il təvəllüdlü N.Cabbarova, 2001-ci il təvəllüdlü J.Tamirazova, 2007-ci il təvəllüdlü N.Quliyeva, 1988-ci il təvəllüdlü X.Mehdiyeva və 5 yaşlı oğlan uşağı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.