15 aprel 2025 10:03
534

Tibb elminə həsr olunmuş ömür

Tariximizdə unudulmaz iz qoyan,xalqımızın fəxrlə yad etdiyi qadın şəxsiyyətlərimiz heç də az deyildir.Onlardan biri də dünya şöhrətli  görkəmli oftolmoloq alim,həkim,qayğıkeş insan Zərifə Əliyevadır.Ömrünü tibbin ən vacib,insan üçün ən əhəmiyyətli bölməsi olan oftolmologiyya həsr etmiş Z.Əliyevanın zəngin biliyi,oftolmologiya elminə dair apardığı tədqiqatlar,ərsəyə gətirdiyi fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrindən birini təşkil edir.Bu gün elmi ictimaiyyətdə etiraf olunur ki,görkəmli akademik oftolmologiyanın aktual mövzularına dair sanballı araşdırmalar aparmış,fədakar həkim kimi bir sıra göz xəstəliklərinin,o cümlədən də traxomanın tam müalicəsinə həsr olunmuş elmi-tədqiqat əsərlərin müəllifi olmuşdur.Diqqət çəkən məqam odur ki,bu xəstəlik hələ ikinci dünya müharibəsindən əvvəlki illərdə xüsusilə Azərbaycanda alovlanmışdı.O zaman bunun qarşısını almaq üçün xüsusi komissiya yaradılmış, rəhbəri isə Zərifə Əliyevanın atası görkəmli ictimai xadim və alim Əziz Əliyev təyin edilmişdi və qısa zamanda  yayılmasının qarşısı alınsa da müharibədən sonra bu xəstəlik yenidən təhlkəli epidemiyaya çevrilmişdi.O zaman atasını yolunu davam etdirən görkəmli alim bu yükün altına girərək sübut etdi ki,ağılın və zəhmətin sayəsində ən ağır yükün də öhdəsindən gəlmək olar.Həmkarları tərəfindən “oftolmologiyanın mirvarisi”adlandırılan görkəmli alim “Yaşla əlaqədar gözün görmə və sinir yollarının dəyişməsi”, “Kəskin virus konyuktitivləri”,”Şəkərli diabetdə göz xəstəlikləri”,”Gözün yaş axmasının fiziologiya və histologiyası”, “Gözün mikrocərrahiyyəsi” və digər onlarla dərs vəsaiti və elmi əsərlərin,monoqrafiyaların müəllifidir.Onun apardığı fundamental tədqiqat işləri,qələmə aldığı şoxsaylı elmi əsərlər o zaman da,müasir dövrümüzdə də oftolmoloqlar,tələbələr tərəfindən geniş istifadə olunan əsərlər sırasındadır.Bu o deməkdir ki,həmin əsərlər bütün dövrlər üçün yazılmış,həmişə aktuallığını qoruyub saxlamışdır.

Zərifə xanımın elmi fəaliyyətinin bir qolu da elə biz müəllimlər üçün də,alimlərimiz üçün və müxtəlif sahələrdə çalışan işçilər üçün də çox vacib olan bir sahəyə-peşə oftolmologiyasına həsr olunmuşdu.O,dünyada ilk dəfə olaraq görmə orqanının peşə patalogiyasını araşdıran labaratoriya yaratmış və ona rəhbərlik etmişdir.Yəni Zərifə xanım Əliyeva peşə oftolmologiyasının əsasını qoymuşdur.Görmə orqanını peşə patalogiyası sahəsində apardığı uğurlu elmi araşdırmalara görə keçmiş SSRİ-nin oftolmologiya sahəsindəö ən mötəbər mükafatı olan SSRİ Elmlər Akademiyasının M.Averbax adına mükafatına layiq görülmüşdür.Bu o deməkdir ki,Z.Ə.Əliyeva keçmiş Sovet İttifaqında belə mötəbər təltifə layiq görülmüş ilk qadın-oftolmoloqdur.                                                                                                                        Zərifə xanım eyni zamanda praktik həkim idi.Bu baxımdan xüsusilə toxunulası məqam onun insani keyfiyyətləri, mənəvi keyfiyyətləridir.Çünki elmlə insanpərvərlik,qayğı,empatiya hissi bir yerdə olduqda xəstə şəfa tapa bilər.Səmimilik,sadəlik,təvazökarlıq,mədənilik və kübarlıq kimi insanı keyfiyyətlər-onun haqqında ətrafındakıların dediyi fikirlər olmuşdur.Səmimiyyəti, başqalarının kədərini başa düşməsi,ağır,çətin günlərdə dayaq olmaq bacarığı onu sevdirən xüsusiyyətlər olmuşdur.Məhz bu xarakterindən irəli gəldiyi üçün o öz elmi və praktik həkim fəaliyyətində tibb və etika məsələlərinə xüsusi önəm verən bir şəxsiyyət kimi də tanınmışdır.Gorkəmli akademikin bu yanaşması və insani keyfiyyətləri bu gün də bütün sahələrdə öz aktuallığını qoruyub saxlamışdır.Tibbdə də,təhsildə də və ümumiyyətlə cəmiyyətdə insanlar arasındakı münasıbətlərdə də bu çox vacib amillərdəndir və hesab edirəm ki,bu gün xüsusilə daha çox ehtiyac duyulan bir məqamdır.”Həkimin yüksək vəzifəsi”,”Oftolmologiyanın aktual proplemləri “,”Yüksək etimad”monoqrafiyalarında məhz bu məsələlərdən bəhs edilirdi.Zərifə xanım mənəvi zənginlik ,vəzifə borcuna müqəddəs amal kimi yanaşılması,həkim-pasiyent münasibəti  məsələsinə“Həkimin əxlaqi tərbiyəsi,deontologiya,tibbi etika və əxlaq məsələləri”əsərində daha ətraflı toxunmuşdu.O qeyd edirdi ki,həkimin xəstəyə olan qayğıkeş münasibəti müalicənin təsirini yüksəldir,xəstəyə ümid verir və xəstəliyə qarşı müqavimətini artırır.
Zərifə xanım böyük alim və həkim,pedaqoq olmaqla yanaşı sədaqətli həyat yoldaşı,qayğıkeş ana idi.Övladlarına qarşıs sevgisi aşıb –daşırdı. Ailəsinə ,həyat yoldaşına qarşı da həssas,eyni zamanda narahat olan bir ailə başçısı idi.Müstəqil Azərbaycan dövlətinin xilaskarı Heydər Əliyevlə ailə quran Zərifə xanım ömrünün sonunadək bu böyük şəxsiyyətin yanında oldu,bütün işlərində yardımçısı oldu.Ancaq sadə və təvazökar insan kimi heç vaxt biruzə verməzdi ki,o H.Əliyevin-birinci katibin həyat yoldaşıdır.H.Əliyev onun haqqında deyirdi:”O mənə sadəcə ömür-gün yoldaşı deyildi.O mənə dost idi,dayaq idi.İşimin çətin olduğu bütün dövrlərdə ailəm haqqında çox rahat idim.Çünki mənim Zərifə Əliyeva kimi sədaqətli,cəfakeş,fədakar ana olan ömür-gün yoldaşım var idi”.Bu sözlər məncə onun bir həyat yoldaşı və  ana olaraq sahib olduğu xarakterini tam olaraq açıb göstərir. Zərifə xanımın şərəfli həyat yolu Azərbaycan xalqı və dövləti  tərəfindən həmişə yüksək qiymətləndirilir.Onun fəaliyyəti, elmi uğurları ,şəxsi keyfiyyətləri gənclərimiz üçün bir örnək olaraq qəbul edilməli və elmi irsi qorunub saxlanılmalı daha da inkişaf etdirilməlidir.Görkəmli Azərbaycan ziyalısını, insanlara nur bəxş etmiş elm fədaisini bir daha ehtiramla anırıq.

Şahbaba  Rəsulov,
Heydər Əliyev adına liseyin tarix müəllimi