15 aprel 2025 09:57
288

Biz hələ də Azərbaycana qarşı əsassız olan mülahizə və ittihamlarla üzləşirik

Beləliklə, artıq beş il ötüb, lakin hələ də əsasən Fransa hökuməti və Avropa İttifaqında onların siyasətinə əməl edənlər və Blinken vəzifədə olarkən Dövlət Departamenti tərəfindən yaradılmış qara propaqanda davam edir. Bu qara propaqanda davam edir və bir çox hallarda bağlı qapılar arxasında deyirdim: “Baxın, əgər biz 2020-ci ilin noyabrında müharibəni davam etdirmək istəsəydik, onu davam etdirərdik.

Biz hərbi əməliyyatlarımızı Xankəndinin həndəvərində dayandırdıq. İnsanların ölməsini istəmədiyimizə görə müharibənin davam etməsini istəmirdik. Bunu sülh yolu ilə etmək istəyirdik. Bunu davam etdirmək istəsəydik, düz Ermənistanla sərhəddə hər yerdə - Zəngilanda, Kəlbəcərdə, digər istiqamətlərdə idik, Ermənistanın ordusu tamamilə demoralizə olunmuşdu”. Ermənistan hökumətinin özünün təsdiq etdiyi kimi orduda 12 min fərari var idi. Beləliklə, heç kim bizim qarşımızı ala bilməzdi ki, biz indi yanlış olaraq ittiham olunduqlarımızı etməyək. Amma belə bir niyyətimiz yox idi və indi də belə niyyətimiz yoxdur. Lakin, eyni zamanda, ayıq-sayıq olmalıyıq.Biz 30 illik işğalı unutmamalıyıq.

Biz təkcə diasporda, Fransa və Amerika Birləşmiş Ştatlarında yox, Ermənistan hökumətində və bütün siyasi dairələrdə hələ də dövriyyə edən “böyük Ermənistan” xəyallarını unutmamalıyıq. Qarabağın yenidən geri alınmasını xəyal etməyən bir erməni siyasətçisini demək olar ki, tapa bilməzsiniz. Bu, reallıqdır. Biz bu reallığı müxtəlif informasiya mənbələrindən bilirik və bununla yaşamalıyıq. Odur ki, ola bilsin, bunlar müharibədən, postmüharibə vəziyyətindən çıxardığımız nəticələrdir və postmüharibə vəziyyətinin necə inkişaf edəcəyi əsasən Ermənistandan asılıdır.

Firuzə Məmmədova,
Bakı şəhəri Xətai rayonu 263 nömrəli tam orta məktəbin Tİ üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının üzvü