Müdafiə və təhlükəsizliyinin təmin edilməsi, yeni müdafiə konsepsiyalarının hazırlanması qlobal dünyada vacibdir.
“İki sahil” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komitəsinin sədri Hulusi Akar Milli Məclisdə keçirilən TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin ikinci iclasında deyib.
O qeyd edib ki, regionda gərginlik artdığından iqtisadi problemlər daim gündəmdədir:
"Təhdidlər tək hərbi yox, eləcə də iqtisadi, iqlim dəyişiklikləri ilə də əlaqədardır. Odur ki, problemlərin önünə keçmək lazımdır. Milli təhlükəsizliyin qorunması təbii ki, güclü ordudan asılıdır. Azərbaycanın Qarabağ Zəfəri buna sübutdur və bütün türk dünyası üçün qürurdur. Birgə çalışmalı və bu istiqamətdə süni intellektin də gücündən istifadə etməliyik. Türk dünyası ölkələri arasında ortaq müdafiə mexanizminin formalaşdırılması vacibdir".
H.Akar əlavə edib ki, Şimali Kipr Türk Cümhuriyyətinin tanınması türk dövlətlərinin əməkdaşlığını, birliyini gücləndirəcək.