15 aprel 2025 12:44
119

Birinci sinfə qəbulda yenilik: Şəxsi kabinetə giriş “Digital Login” vasitəsilə həyata keçiriləcək

2025-2026-cı tədris ili üzrə uşaqların birinci sinfə qəbulu prosesində tətbiq edilən daha bir yeniliyə əsasən, Azərbaycan Respublikası vətəndaşları və ölkə ərazisində müvəqqəti və daimi yaşama icazəsi olan xarici ölkə vətəndaşlarının şəxsi kabinetə “istifadəçi adı və şifrə” ilə daxil olması məhdudlaşdırılacaq. Proses istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinin artırılması və sistemə giriş zamanı identifikasiya prosesinin sadələşdirilməsi məqsədilə həyata keçirilir.

“İki sahil” xəbər verir ki,  bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, şəxsi kabinetə giriş Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemi (“Digital Login”) ilə həyata keçiriləcək. Digər sənəd növləri ilə qeydiyyat etmək istəyən valideynlər alternativ qeydiyyat mərkəzlərinə müraciət edəcəklər.

Qeyd edək ki, uşaqların birinci sinfə qəbulu prosesinə mayın 1-dən (saat 11:00-dan) start veriləcək.