17 aprel 2025 10:39
127

Aİ süni intellekt proqramlarından onlayn görüşlərdə istifadəni qadağan edib

Avropa Komissiyası sahibkarlar və istehlakçılar üçün getdikcə daha populyar ünsiyyət vasitəsinə çevrilən süni intellekt əsaslı virtual köməkçilərin onlayn iclaslarda istifadəsini qadağan edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Politico" qəzeti yazır.

"Süni intellekt agentlərinin istifadəsinə icazə verilmir" - deyə qəzet iddia edib. Əlavə edilib ki, görüş başlamazdan əvvəl ekranlarda görünən slaydda belə bir yazı yerləşdirilib.

Qəzetin yazdığına görə, Avropa Komissiyası ilk dəfə belə bir qaydanı ötən həftə tətbiq etdiyini etiraf edib, lakin bu qərarı qəbul etməyə sövq edən səbəblər barədə ətraflı məlumat verməkdən imtina edib.

“Politico” Aİ-nin icraedici orqanının bu addımını gözlənilməz və qəribə adlandırır. Çünki Brüssel artıq süni intellekt agentlərinin gündəlik həyatda və biznesdə istifadə olunacağı dövrə hazırlaşmağa başlayıb. Bu texnologiya martın 31-də dərc edilmiş Avropa Komissiyasının virtual reallıq üzrə geniş sənədlər paketində qeyd edilib.