Fransalı siyasətçi Nikola Düpon-Aignan Avropa diplomatiyasının rəhbəri Kaja Kallasın Aİ-yə namizəd ölkələrin Moskvada 9 may bayramında iştirakının yolverilməzliyi ilə bağlı bəyanatı fonunda dediklərini şantaj adlandırıb.
“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.
Dupon-Aignan sosial şəbəkədəki səhifəsində yazıb: “Şantaja baxmayaraq, mayın 9-da faşizm üzərində qələbəni qeyd etmək üçün mütləq Moskvaya səfər edəcək Robert Fitsonu təbrik edirəm”.
Fransalı siyasətçi həmçinin Avropa İttifaqının hər gün daha çox “tiranlığa” çevrildiyini qeyd edərək, Kallasın Qələbə gününün qeyd olunması məsələsində başqa ölkələrin liderlərinə diktə etməyə haqqı olmadığını deyib.