Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa və Böyük Britaniyanın Ukraynada sülhməramlı kontingentlə bağlı planını ağılsızlıq hesab edir.
“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.
"Bütün səylərinə baxmayaraq, Paris və London hələ də çılğın plana dəstək birliyinə nail ola bilmirlər" - deyə, o, brifinqdə deyib.
Bundan əvvəl politoloq İvan Mezyuxo RT-yə bildirib ki, Fransa və Britaniya arasında Ukraynaya qüvvələrin yerləşdirilməsi ilə bağlı müzakirələr simvolik xarakter daşıyır.
"Financial Times" qəzeti yazıb ki, Avropa İttifaqı Ukraynada sülhməramlı kontingentin yerləşdirilməsi üçün NATO strukturlarından istifadə imkanlarını müzakirə edir.