Rusiya Suriyanın müstəqil dövlət kimi saxlanılmasında maraqlıdır
“İki sahil” "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya dövlətinin başçısı Vladimir Putin Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə danışıqlar zamanı deyib.
“Biz Suriyanın suveren, müstəqil və ərazi bütövlüyünə malik dövlət kimi qalması üçün hər şeyi etmək istərdik”, - deyə, Putin vurğulayıb.
Martın sonunda Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla söhbəti zamanı Suriyanın bütövlüyünün vacibliyini vurğulamışdı.