17 aprel 2025 15:43
130

Rutube Özbəkistanda bloklanıb?

"Rutube" videohostinqi Özbəkistanda fəaliyyətini dayandırıb.

“İki sahil” xəbər verir ki,  bu barədə TASS və “İzvestiya” məlumat yayıb. Sayta daxil olmağa cəhd edərkən 2018-ci ildən hökumətin qərarı əsasında xidmətə girişin məhdudlaşdırılması barədə mesaj göstərilir.

"Rutube" bloklamağı rədd edir. Bildirilir ki, xidmət ölkədə fəaliyyətini davam etdirir. "Biz Özbəkistandan gələn baxışların sayında heç bir dəyişiklik görmürük. Hazırda bu, ötən ilin orta gündəlik dəyərləri səviyyəsindədir", - platformanın mətbuat xidməti bildirib.

Martın sonunda Türkiyədə videohostinq xidmətinə giriş itirilib. Saytın səhifəsində Türkiyənin tənzimləyici orqanı BTK-nın 2025-ci ilin fevralında hostinqi yenidən bloklamaq qərarına gəldiyinə dair bildiriş göstərilin. Sayt Türkiyənin cinayət məcəlləsindən qeyri-qanuni qumar oyunlarının terrorizmi maliyyələşdirmək üçün istifadə oluna biləcəyini ifadə edən çıxarışlara istinad edib. O zaman da "Rutube" bloklanmasını inkar edirdi.