18 aprel 2025 13:18
101

Aygün Əliyeva: Son 4 ildə QHT-lərə 22 milyon manata yaxın vəsait ayrılıb

Son 4 il ərzində Azərbaycan qeyri-hökumət təşkilatlarının (QHT) təşəbbüslərinin dəstəklənməsi məqsədilə QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən ümumilikdə 22 milyon manata yaxın maliyyə vəsaiti ayrılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Agentliyin icraçı direktoru Aygün Əliyeva qurumun 4 illik fəaliyyətinə həsr olunmuş mətbuat konfransında bildirib.

O qeyd edib ki, ötən dövr ərzində keçirilən qrant müsabiqələri çərçivəsində Azərbaycanın qeyri-hökumət təşkilatlarından 3965 layihə təklifi daxil olub, onlardan 2214-ü maliyyələşdirilib.