İşğaldan azad olunmuş ərazilərdə dəmiryol infrastrukturunun bərpası istiqamətində işlər davam etdirilir.
"Azərbaycan Dəmir Yolları" QSC-dən "İki sahil"ə verilən məlumata görə, Horadiz-Ağbənd dəmiryol xəttinin layihələndirmə işlərinin 83%-i, tikinti-quraşdırma işlərinin isə 63%-i tamamlanıb.
Uzunluğu 110,4 km olan dəmiryol xəttinin ox üzrə 75,6 km hissəsi (yan yollarla birlikdə 87 km) tamamlanıb, uzun ölçülü relslərin 65,6 km-i quraşdırılıb.
Layihə çərçivəsində ümumilikdə 534 ədəd mühəndis qurğusunun, 8 ədəd stansiyanın tikintisi və 70 ədəd yoldəyişən qurğunun quraşdırılması planlaşdırılır.
Horadiz-Ağbənd dəmiryol xətti Zəngəzur dəhlizinin əsas nəqliyyat arteriyalarından biri kimi Azərbaycanın əsas hissəsini Naxçıvan MR ilə birləşdirməklə yanaşı, Orta Dəhlizin yeni seqmenti olaraq Şərq-Qərb-Şərq üzrə yükdaşımalar üçün imkanları genişləndirəcək.
Türkiyənin “Limak Group” şirkətinin rəhbərliyi Azərbaycanın əlverişli işgüzar və investisiya mühiti barədə məlumatlandırılıb
Kənd Təsərrüfatı Nazirliyində “John Deere” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib
Son 1 ildə Azərbaycanda sabit genişzoalqlı internetin və mobil internetin sürəti artıb