 
                    ABŞ və İran dinc nüvə enerjisini inkişaf etdirmək qabiliyyətini saxlamağa imkan verən sazişi müzakirə edirlər.
“İki sahil”in Oman Xarici İşlər Nazirliyinin bəyanatına istinadən verdiyi məlumata görə, danışıqlar İranın nüvə silahının hazırlanmasından imtina etməsini və ona qarşı tətbiq olunan sanksiyaları ləğv etməlidir.
"Tərəflər İranın nüvə silahından və sanksiyalardan tam azad olmasını təmin edəcək, həmçinin dinc nüvə enerjisini inkişaf etdirmək qabiliyyətini qoruyub saxlayacaq ədalətli, davamlı və məcburi sazişin bağlanmasına yönəlmiş danışıqların növbəti mərhələsinə keçmək barədə razılığa gəliblər", – bəyanatda vurğulanıb.
Qeyd edək ki, bu gün Romada İran və ABŞ arasında nüvə sazişi üzrə məsləhətləşmələrin ikinci raundu baş tutub. Oman iki ölkə arasında dolayısı danışıqlarda vasitəçi kimi çıxış edib.
 Ərdoğanın Zəfər paradında iştirak üçün Azərbaycana səfər etməsi müzakirə olunur
                                
                                    
                                    
                                
                                
                                
                                    Ərdoğanın Zəfər paradında iştirak üçün Azərbaycana səfər etməsi müzakirə olunur