29 iyul 2026 00:16
89

Rusiyanın itkiləri açıqlandı - 1616-cı gün

Ukrayna müharibənin 1616-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 442 140 hərbçi, 12 226 ədəd tank, 25 038 ədəd zirehli döyüş maşını, 46 902 ədəd artilleriya sistemi, 1970 (reaktiv yaylım atəş sistemi), 1 519 hava hücumundan müdafiə sistemi, 439 ədəd hərbi təyyarə, 354 ədəd helikopter, 2054 ədəd yerüstü robot-texnika kompleksi, 431 310 ədəd PUA, 126 850 ədəd avtomobil texnikası, 4 950 qanadlı raket, 34 gəmi/kater, 2 sualtı qayıq, 4 476 xüsusi avadanlıq itirib.