20 aprel 2025 19:58
114

İsrail ordusu Livana zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələri pilotsuz uçuş aparatları ilə Livanın cənubuna endirdiyi zərbələr nəticəsində azı 7 nəfər həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə “Lebanon 24” xəbər portalı məlumat yayıb

Qeyd olunub ki, zərbələrin çoxu Nəbatiyyə şəhərinin kənarında və “Hizbullah” bazalarının yerləşdiyi İqlim əl-Tuffah dağlıq bölgəsinə endirilib. Bir Livan əsgəri daxil olmaqla bir neçə nəfər yaralanıb.