22 aprel 2025 08:09
316

Şəkidə avtomobil ağaca çırpıldı

Şəkidə avtomobilin ağaca çırpılması nəticəsində bir nəfər ölüb.

“İki sahil” xəbər verir ki, hadisə aprelin 22-də saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən hissəsində baş verin.

Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Təvəkkül Şiralıyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində sürücü xəstəxanada ölüb, 2016-cı il təvəllüdlü oğlu Kənan Şiralizadə isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.