28 may 2025 11:34
234

Millət vəkili Tərtərdə şəhid ailəsini ziyarət edib

97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonu Cəmilli kəndində şəhid İsaxlı Anar Rəsul oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıb. Görüşdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər rayon İcra Hakimiyyətinin başçısının birinci müavini və rayon ağsaqqalları iştirak edib. 

“İki sahil” xəbər verir ki, görüş zamanı Azərbaycan Ordusunun 44 günlük müharibədə şücaətindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbədən, şəhid ailələrinə və qazilərə döstərilən dövlət qayğısından danışılıb.

Onu qeyd edək ki, şəhid İsaxlı Anar 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.