Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Ağstafa rayonunda Ağstafa və Qazax rayonlarının sakinlərini qəbul edib.
“İki sahil” xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, qəbulda vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.
Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.
Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
“Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib - VİDEO
Nazirliyin Aparatının rəhbəri Fuad Musayev Kürdəmir rayonunda vətəndaşları qəbul edib