Azərbaycan Prezidenti İlham Əliyev bu səfərin ikitərəfli münasibətlərin inkişafında çox mühüm rol oynayacağına şübhə etmədiyini bildirdi: “ Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır. Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq”. Azərbaycan və İran xalqları əsrlər boyu dostluq və qardaşlıq şəraitində yaşayıblar. Dövlətlərarası əlaqələrimiz bu gün bu möhkəm təməl üzərində inkişaf edir. Dövlət başçısı əlavə edib ki, Azərbaycan və İran ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir: " Bu barədə bu gün də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi. İstər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır”.
Bu münasibətlərin böyük və müsbət perspektivləri var. Bu mənada Şimal-Cənub nəqliyyat dəhlizi təbii ki, xüsusi yer tutur. Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, bu layihə onun iştirakçısı olan bütün ölkələrə böyük fayda və üstünlüklər gətirəcəkdir. Məlum olduğu kimi, bu dəhliz Hindistanı, İranı, Fars körfəzi ölkələrini Rusiya ilə, daha sonra isə Avropa ilə birləşdirir. Müvafiq olaraq, Azərbaycan yük daşımalarından (rüsumlar, xidmətlər, logistika) gəlir əldə edən əsas tranzit qovşağına çevrilir. Artıq həyata keçirilən layihələri nəzərə alsaq, Azərbaycan rəhbərliyinin (Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars) təşəbbüsü və əzmkarlığı sayəsində nəhayət ki, Azərbaycan təkcə regionumuzda deyil, həm də dünyada əvəzolunmaz oyunçu rolunu təmin edir. Bəli, ölkəmiz Şərqlə Qərb, Şimalla Cənub arasında nəqliyyat qovşağı kimi mövqeyini möhkəmləndirir. Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi dəmir yollarının, limanların, logistik mərkəzlərin inkişafına töhfə verir. Bütün bunlar daxili iqtisadiyyatı stimullaşdırır və iş yerləri yaradır ki, bu da iqtisadiyyatımızın şaxələndirilməsi kontekstində son dərəcə vacibdir. Xatırladaq ki, 2023-cü ildə Azərbaycan və Rusiya bu marşrut üzrə logistikanın inkişafı və yük axınlarının əlaqələndirilməsi haqqında sazişlər imzalayıb. Ölkəmiz İranda Rəşt-Astara dəmir yolunun tikintisində iştirak edir. Eyni zamanda, Azərbaycan və İran arasında yük daşımaları üçün Astara-Astara Beynəlxalq Avtomobil Körpüsü artıq tikilib və istismardadır. Ələt limanı isə artıq Şimal-Cənub istiqamətində yüklərə xidmət göstərən Xəzər dənizində ən böyük logistika mərkəzinə çevrilib. Bir sözlə, uzunmüddətli perspektivdə, bu layihə tam fəaliyyətə başlayanda Azərbaycan hər il milyonlarla ton tranzit yükə xidmət göstərə biləcək, gəlirini və təsirini xeyli artıracaq. Beləliklə, Prezident Pezeşkianın Azərbaycana səfəri İranın regional diplomatiyasında yeni mərhələ açır və Tehranla Bakı arasında iqtisadi əlaqələrin artan strateji əhəmiyyətini vurğulayır. Keçmişdə Bakı ilə Tehran arasında müəyyən problemlər olmasına baxmayaraq, İran prezidentinin səfəri yaxın və çoxillik qonşular arasında qarşılıqlı anlaşmaya nail olmaq üçün müsbət addımdır. Yaxın gələcəkdə Azərbaycan və İran arasında iqtisadi münasibətlərin ətalətdən çıxmaq və keyfiyyətcə yeni inkişaf səviyyəsinə çıxmaq şansı var. Regional sammitlər çərçivəsində keçirilən görüşlər və müvafiq idarə rəhbərlərinin qarşılıqlı səfərləri kapital tutumlu nəqliyyat, enerji və digər birgə layihələrin təşviqinə töhfə verir. Bu təşəbbüslərin həyata keçirilməsini sürətləndirən növbəti addım İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyanın bir gün əvvəl baş tutan Azərbaycana rəsmi səfəri oldu. Bakıda keçirilən danışıqlar və biznes forum tərəflərin ticarət-iqtisadi, investisiya və infrastruktur əməkdaşlığını inkişaf etdirməyə hazır olduğunu nümayiş etdirir. qabiliyyəti tezliklə ildə 4 milyon tona çatdırılacaqdır. Ölkəmizin irəli sürdüyü təşəbbüs - “Araz dəhlizi”nin formalaşdırılması çərçivəsində daha bir mühüm Azərbaycan-İran nəqliyyat layihəsinin həyata keçirilməsi planlaşdırılır: Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yeni nəqliyyat layihəsi Azərbaycanın əsas hissəsini İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası (MR) ilə birləşdirir.
Səfər Azərbaycan-İran münasibətlərinin böhrandan çıxdığını göstərdi. Qarşılıqlı faydalı əməkdaşlıq və strateji təşəbbüslər Cənubi Qafqazın və bütün regionun gələcəyini müəyyən edəcəkdir. Bu,Azərbaycan Prezidenti İlham Əliyevin parlaq şəkildə düşünülmüş və həyata keçirilən xarici siyasət konsepsiyasında xüsusi bir nailiyyətdir. Eyni zamanda, Azərbaycanın milli maraqlarının sərt, ardıcıl müdafiəsinin nümunəsidir.
Hicran Hüseynova,
Milli Məclisin komitə sədri, professor