01 may 2025 00:14
119

Keyfiyyətli yuxu üçün on möcüzəvi qida

Müasir insanın həyatı bitməyən bir yarış kimidir: biz daim tələsirik, əsəbi oluruq, çoxlu qəhvə içirik və təbii ki, yuxusuzluqdan əziyyət çəkirik. Çoxumuz yaxşı başa düşürük ki, yuxunun olmaması orqanizmə mənfi təsir göstərir, onu zəiflədir və immunitetin azalması səbəbindən infeksiyaya yoluxma riskini artırır.

Yuxunuz ideal deyilsə, yuxuya getməkdə çətinlik çəkirsiniz və az yatırsınızsa, axşam yeməyində bu möcüzəvi məhsullardan bir qədər yeyin, körpə kimi yatacaqsınız.

Yulaf əzməsi

Bir çox insanlar bu sıyığı yalnız səhər yeməyi kimi qəbul edirlər. Lakin əslində, o bir çox faydalı qida ilə yanaşı, yuxu hormonu melatonini ehtiva edir, bu, yuxu pozğunluğundan əziyyət çəkənlər və yaxşı istirahət etməyə ehtiyacı olanlar üçün əla köməkçi olacaqdır.

Banan

Bu mineral mənbəyi istirahət üçün vacib olan triptofan amin turşusu sayəsində axşam saatlarında dincəlməyə kömək edəcək. Bununla belə, yatmazdan bir saat əvvəl banan yeməməlisiniz.

Badam

Badamın tərkibində protein, maqnezium və triptofan var ki, bu da onları gecə qəlyanaltısı üçün ideal edir. Yaxşı gecə yuxusu üçün bu quru meyvədən bir ovuc yemək və ya bir qaşıq badam yağı içmək kifayət edər.

Albalı

Albalı çox miqdarda melatonin ehtiva edir, buna görə də dərin və sağlam yuxu üçün bir ovuc giləmeyvə kifayətdir. Təzə albalı əvəzinə albalı suyu içməyi seçirsinizsə, şəkərsiz olması daha yaxşıdır.

Süd

Yuxunu təbii yolla yaxşılaşdırmaq istəyənlərə süd də kömək edəcək. Çünki tərkibində təkcə kalsium deyil, həm də protein və triptofan var. Əgər südü həqiqətən sevmirsinizsə, onu qatıq və ya kəsmiklə əvəz edə bilərsiniz. Bundan əlavə mədə-bağırsaq problemləriniz varsa, axşamlar süd içmədən öncə həkimlə məsləhətləşmək vacibdir.

Yumurt

Yalnız bir qaynadılmış yumurta yuxuya getmə sürətinizə təsir edə bilər. Yumurtanın tərkibindəki protein yaxşı yatmağınıza kömək edəcək.

Humus

Bitki zülalının olması sayəsində humus əla gecə qəlyanaltısıdır və yuxuya getməyə kömək edir.

Balıq

Tuna, halibut və karides təkcə B6 vitamini ilə zəngin deyil, həm də keyfiyyətli yuxu üçün zəruri olan serotonin və melatonin istehsalında iştirak edən triptofan ehtiva edir.

Bitki çayları

Dərin bir gecə yuxusu üçün bir fincan yaşıl çay içə bilərsiniz. Tərkibində çobanyastığı, limon da olarsa, daha yaxşı təsir edəcəkdir.

Bal

Balda yatmağınıza kömək edən qlükoza var. Üstəlik, bal həm ayrı məhsul kimi, həm də bitki çayının tərkib hissəsi kimi istehlak edilə bilər.

Nubar Süleymanova, “İki sahil”