01 may 2025 14:49
378

Tarixi mədəni və dini baxımdan sıx bağlı olan Azərbaycan və İran

Tarixi, mədəni və dini baxımdan sıx bağlı olan Azərbaycan və İran arasındakı münasibətlər ümumi maraqlar naminə inkişaf etdirilmişdir. Xüsusilə son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət nəticəsində İranla münasibətlərdə qarşılıqlı etimadın artırılması, əməkdaşlığın dərinləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.

Cari ilin 28 aprel tarixində İran İslam Respublikasının Prezidenti Məsud Pezeşianın Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərdə yeni səhifənin açıldığını nümayiş etdirdi. Dövlət başçılarının geniş tərkibdə keçirdiyi görüşlər, imzalanmış sənədlər və verilmiş bəyanatlar Azərbaycan-İran münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Xüsusilə, səfər çərçivəsində infrastruktur, enerji, nəqliyyat və humanitar sahələr üzrə imzalanan razılaşmalar gələcək əməkdaşlıq üçün real zəmin yaradır.

Dövlətlər arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlər, imzalanan sənədlər əhəmiyyətli rol oynayır. İran Prezidenti dövlət başçısı İlham Əliyev ilə geniş tərkibdə görüşdə belə bir əminliyi ifadə etdi ki, əldə edilən razılaşmalar, imzalanan və bundan sonra imzalanacaq sazişlər Azərbaycanla, əziz, dost, qardaş və demək olar ki, həm də qohum Azərbaycan xalqı ilə əlaqələrimizdə daha geniş addımlarla irəliləyişin başlanğıcına çevriləcək, bölgədə münasib əməkdaşlıq nümunəsinin formalaşmasına səbəb olacaq.

Azərbaycan ilə İran arasında regional və beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq davam edir: “Azərbaycanla İran arasında Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-İran-Gürcüstan-Türkiyə və 3+3 regional məşvərət mexanizmi çərçivəsində də əməkdaşlıq mövcuddur

Ramilə Şükürova,
YAP Xətai rayon təşkilatının Lütfizadə  6 ünvanında yerləşən ərazi  partiya təşkilatının üzvü