01 may 2025 10:58
331

Azərbaycan və İran arasında ikitərəfli münasibətlər

Azərbaycan Respublikasının xarici siyasətində İran özünəməxsus yer tutur. 1991 – ci il dekabırın 25 – də İran İslam Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıdı və  1992 -ci il martın 12 – dən diplomatik münasibətlər qurdu. 1969 – cu ildən Bakı şəhərində fəaliyyət göstərən konsulluq İran İslam Respublikasının səfirliyi kimi fəaliyyətini davam etdirdi. İranın siyasi və işgüzar dairələrinin  televiziya və radio verlişləri şirkətinin nümayəndələri alimlər və din xadimləri Bakıda oldular. Noyabr- dekabr aylarında Bakida İran İslam Respublikasının sənaye malları sərgisi keçirildi. Sərgidə qərbi və şərqi əyalətlərinin  Zəncan və Gilanın 303 firması iştirak edirdi. Tehranda Azərbaycan  Bakıda isə İran kitab sərgisi keçirildi. Sərgidə 3 minə yaxın kitab nümayiş etdirildi. Nəticədə kitab sərgilərinin mübadiləsi , hər iki ölkə arasında ticarət və kitab nəşri sahəsində saziş – lər imzalandı.

Mart ayının əvvəlində Bakı və Tehran arasında avtomat telefon xəttinin istismarına başlanıldı. 1992 – ci ilin yanvar ayında Azərbaycan nümayəndə heyəti İranda oldu və bir sıra sənədlər imzalandı. Fevral ayında İİR – nən ildönümü münasibətilə keçirilən tədbirdə iştirak etdi. Fevralın 4 – də  Bakı – Tehran hava xətti açıldı 

Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyev  İran Respublikasının xarici işlır naziri Əli Əkbər Vilayətinin dəvəti ilə  iki günlük İranda səfərdə olmuşdur. Səfərdə məqsəd Azərbaycanla İran arasında əlaqələri möhkəmləndirmək və mühasirə şəraitində yaşayan Naxçıvanın mövcud problemlərinin həll etmək idi. Məhz Heydər Əliyevin apardığı danışıqlar sayəsində Naxçıvanı blokadadan çıxara bilmişdir. 

1994- cü ildə Azərbaycan Prezidenti ilk dəfə İrana rəsmi səfərə etdi. Səfər zamanı iki ölkə arasında dostluq münasibətlərinin inkişafı haqqına 13 maddədən ibarət bəyanat imzalandı. Bəyanat ictimai həyatın bütün sahələrində əməkdaşğı müəyyənləşdirirdi. 1992- ci ilin mart ayında İranın Naxçıvan şəhərində baş konsulluğu açıldı.  2004 cü il oktyabrın 20 – də isə  isə Təbriz Şəhərində Azərbaycan konsulluğu fəaliyyətə başladı.

2025 ci il prezident seçkilərində Məsud Pezeşkian qalib gəldikdən sonra Azərbaycanla İran arasında münasibətlər daha da inkişaf etdi. Cənab Pezeşlkianın çıxılarında  Azərbaycan dilində şeirlər deməsi ana dilində çıxışlar etməsi Azərbaycanlılar tərəfdən isti qarşılandı. İran Prezidenti Məsud Pezeşkianın Bakıya səfəri Arazın o tayında yaşayan azərbaycanlılar tərəfindən də  sevinclə qarşılandı. “Mən özümü Təbrizdəki Ərdəbildəki kimi hiss edirəm. İnşallah əlaqələrimiz iqtisadi siyasi hərbi və digər sahələrdə inkişaf edəcək”: Məsud Pezeşkian  Bakıda çıxışı zamanı bu sözləri  bildirmişdir.

Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan Cənubi Qafqazda Güclu Dövlətə çevrilmişdir. Ölkəmiz qonşu dövlətlərlə qarşılıqlı münasibətlər qurmuşdur.

Zemfira Şərifova,
63 nomrəli tam orta məktəbin tarix müəllimi