09 may 2025 12:03
95

Şanlıurfa və Van vilayətlərində həyata keçirilən əməliyyatlarda 311,5 kiloqram narkotik maddə ələ keçirilib

Türkiyənin Şanlıurfa və Van vilayətlərində həyata keçirilən əməliyyatlarda 311,5 kiloqram narkotik maddə ələ keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib. Məlumata görə, Vanda keçirilən əməliyyatla 234 paket halında 126 kiloqram heroin və 84,5 kiloqram marixuana olmaqla ümumilikdə 210,5 kiloqram narkotik maddə ələ keçirilib. Şanlıurfada baş tutan digər əməliyyatda isə bir TIR-da 131 paket halında 68,5 kq heroin, 53 paket halında 23,5 kq skunk, 16 paket halında 9 kq toz marixuana olmaqla ümumilikdə 101 kq narkotik maddə ələ keçirilib.