09 may 2025 15:10
117

Devid Bekhem onu ən yaxşı müdafiəçi adlandırdı

İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Devid Bekhem "Milan"ın keçmiş futbolçusu Paolo Maldinini futbol tarixinin ən yaxşı müdafiəçisi adlandırıb.

“İki sahil” xəbər verir ki, 50 yaşlı D.Bekhem bu barədə "CBS Sports" telekanalının efirində etdiyi çıxışda deyib.

"Mən "Milana" gələndə Pirlo, Nesta, Maldini orada oynayırdılar. Paolo ən yaxşı lider, ən yaxşı kapitan, indiyə qədər gördüyüm ən yaxşı müdafiəçi idi. 41 yaşının olmasına baxmayaraq o, meydanı digərlərindən daha yaxşı oxuyurdu", - deyə D.Bekhem qeyd edib.

Qeyd edək ki, karyerasını başa vurandan sonra P.Maldini "Milan" klubunda müxtəlif vəzifələrdə işləyib. O, 2023-cü ilin iyununda "Milan"da tutduğu texniki direktor vəzifəsini tərk edib.