09 may 2025 18:00
121

"Bayer"dən Alonso ilə bağlı vida açıqlamaaı

"Bayer" komandadan ayrılacaq baş məşqçisi Xabi Alonso ilə vidalaşıb.

“İki sahil” xəbər verir ki, Almaniya klubu sosial şəbəkə hesablarında ispaniyalı mütəxəssisə təşəkkür edib.

Leverkuzen təmsilçisinin paylaşımında yüksək nəticələrə görə məşqçiyə təşəkkür ifadə olunub. Həmçinin bildirilib: "Professor. Məşqçidən daha çox əfsanə. Hər şeyə görə təşəkkür edirik".

Xabi Alonsonun yeni mövsümdən "Real"ı çalışdıracağı gözlənilir.

Qeyd edək ki, 43 yaşlı mütəxəssis 2022-ci ildən "Bayer"in baş məşqçisidir. Leverkuzen klubu ötən mövsüm Alonsonun rəhbərliyi altında tarixində ilk dəfə Almaniya çempionu olub. Bu mövsüm isə "Bayer" 2-ci yeri təmin edib. Komanda sona 2 tur qalmış 68 xalla 2-ci yerdədir.