09 may 2025 18:05
122

Azərbaycan millisi Belarus yığmasını məğlub edib

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib.

“İki sahil” xəbər verir ki,  yığma Belarus seçməsi ilə üz-üzə gəlib. Binə stadionundakı qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə bitib - 2:1.

Qeyd edək ki, komandalar noyabrın 11-də növbəti dəfə qarşılaşacaqlar.