Sumqayıt şəhərinin Qurd dərəsi adlanan yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində yanğın baş verib.
“İki sahil” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunaraq yanğını qısa müddətdə söndürüblər və alovun yaxınlıqdakı tikililərə keçməsinə imkan verilməyib.
İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmasa da, evə ciddi maddi ziyan dəyib.
İddialara əsasən, yanğını ev sahibi qəsdən törədib. Faktla bağlı araşdırma aparılır.