Ağdaş rayonunda iritutumlu yük maşınının aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
“İki sahil” xəbər verir ki, hərəkətdə olan yük maşınının sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qəza zamanı sürücü və onun sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Qəzadan sonra maşında olan bitum yola dağılıb.