09 may 2025 23:18
103

Superliqa: "Fənərbağça" üç xala sevinib

Türkiyə Superliqasında XXXV turun növbəti oyunu keçirilib.

“İki sahil” xəbər verir ki, "Başakşəhər" doğma meydanda çempionluq mübarizəsi aparan "Fənərbağça" ilə qarşılaşıb. Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Sarı lacivərdlilər"in qollarını Mert Müldür, Milan Şkrinyar, Yusuf En-Nesiri və Oğuz Aydın vurublar. "Başakşəhər"də isə Ömər Beyaz fərqlənib.

Bu nəticədən sonra xallarını 78-ə çatdıran "Fənərbağça" ikinci pillədə qərarlaşıb. Meydan sahibləri isə 51 xalla beşinci yerdədir.