Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd olunur. Bu münasibətlə martın 10-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycanda fəaliyyət göstərən Dini Konfessiyaların Məşvərət Şurasının üzvləri, din xadimləri Ulu Öndərin Fəxri xiyabandakı məzarını ziyarət ediblər.
QMİ-dən “İki sahil”ə bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.
Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə gül dəstələri düzülüb.