10 may 2025 22:22
99

ABŞ-nin Tennessi ştatında 4.1 bal gücündə zəlzələ baş verib

ABŞ-nin Tennessi ştatında 4.1 bal gücündə zəlzələ qeydə alınıb.

“İki sahil”in "Associated Press"ə istinadən verdiyi məlumata görə, ABŞ Geoloji Xidmətinin (USGS) bildirdiyinə əsasən, yeraltı təkanlar Atlantada, Şimali Karolinanın qərb hissəsində və digər yaxın ərazilərdə hiss olunub.

Zəlzələnin episentri Tennessi ştatının Qrinbek şəhərindən təxminən 20 kilometr aralıda, Noksvil şəhərindən isə təqribən 48 kilometr cənubda yerləşib.

Hazırda dağıntı və tələfat barədə məlumat verilməyib.