Fransanın Rona çayında göyərtəsində 127 alman sərnişin olan "Bijou du Rhône" adlı kruiz gəmisi barjaya çırpılıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Dauphine Liberé” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, zərbə güclü olub və həm gəminin gövdəsinə, həm də barjaya ciddi ziyan dəyib. Bildirilib ki, toqquşma gəminin su xəttinin üstündə baş verdiyindən batmaq təhlükəsi yoxdur.
Hadisə Fransanın Sablon kommunası yaxınlığında qeydə alınıb. Sərnişinlərin və ekipaj üzvlərinin avtobuslarla təxliyəsi və təyinat yerlərinə çatdırılması planlaşdırılır. Təxliyyənin bazar günü həyata keçirilməsi gözlənilir.