Ukraynada müharibənin başa çatmasının yeganə yolu Prezident Trampın rusiyalı həmkarı Vladimir Putinlə bir masa arxasında oturmasıdır.
“İki sahil” xəbər verir ki, bu sözləri ABŞ Dövlət Katibi Marko Rubio “FoxNews”a müsahibəsində deyib.
“Son bir neçə həftə ərzində gördüklərimizi nəzərə alaraq deyə bilərəm ki, bu, indiki halda sülh üçün yeganə şansdır. Biz xoşbəxt olmalıyıq ki, sülh axtarışında olan prezidentimiz var”- deyə Rubio bildirib.