16 may 2025 10:06
610

Rubio: NATO ölkələri müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdıracaq

NATO-nun bütün üzv ölkələri iyun ayında keçiriləcək NATO Sammitində qarşıdakı onillikdə müdafiəyə ÜDM-in 5-i faizi dəyərində vəsait xərcləmək barədə razılaşacaq.

“İki sahil” xəbər verir ki, bu sözləri ABŞ Dövlət Katibi Marko Rubio “FoxNews”a müsahibəsində deyib.

“Altı həftə sonra sammit keçiriləcək. Bu sammitdə NATO-nun demək olar ki, hər bir üzvünün müdafiə xərcləri 2 faiz və ya ondan yuxarı olacaq, lakin daha önəmlisi, onların əksəriyyətinin xərci 4 faizdən artıq olacaq. Hər ölkə növbəti onillikdə bu rəqəmi 5 faizə çatdırmaq barədə razılaşacaq", - deyə Rubio bildirib.