Bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri 2 milyard 501 milyon manat təşkil edib.
“İki sahil” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 231 milyon manat və ya 10 % çoxdur.
DSMF-nin gəlirləri 2024-cü ilin 4 ayında proqnozla müqayisədə 13 % (305 milyon manat) çox olmaqla 2 milyard 715 milyon manat təşkil edib.
Məlumata əsasən, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 9 % (168 milyon manat) artaraq 2 milyard 39 milyon manat olub.