Fələstinyönümlü fəallar İsrail təmsilçisi Yuval Rafaelin "Avroviziya-2025" mahnı müsabiqəsinin finalında çıxışı zamanı səhnəyə boya paketləri atmağa cəhd göstəriblər.
“İki sahil” xəbər verir ki, bu barədə "Deutsche Welle" media qrupu məlumat yayıb.
Məlumata görə, fəallar boyanı İsveçrənin Bazel şəhərində çıxış edən ifaçının üzərinə ata bilməyiblər, lakin boya tamaşaçıların, o cümlədən Almaniyanın "Stern" nəşrinin müxbirinin üzərinə düşüb.
Təhlükəsizlik xidməti hücum edən üç nəfəri saxlayıb.
Gəncədə “Azərbaycan mədəniyyətinin inkişafında folklorun əhəmiyyəti” mövzusunda seminar keçiriləcək
Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq