"Real"In yeni baş məşqçisi Xabi Alonso klublararası dünya çempionatı ərəfəsində transfer işlərini planlaşdırmağa başlayıb.
“İki sahil” "Marca"ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis ilk növbədə Luka Modriçi heyətdə saxlamaq istəyir.
Sentyabrda 40 yaşı tamam olacaq xorvatiyalı yarımmüdafiəçinin müqaviləsi iyunda başa çatır və klub rəhbərliyi onun yaşının çox olması səbəbindən müqaviləni yeniləməmək qərarına gəlib.
Alonso isə klubun qərarını dəyişməsini və keçmiş komanda yoldaşına yeni bir illik müqavilə təklif etməsini istəyib. Futbolçunun özü isə 2026-cı ildə keçiriləcək dünya çempionatından sonra karyerasını “Santyaqo Bernabeu”da başa vurmağı xəyal edir.
Xəbərdə qeyd edilib ki, Madriddə qalmaq üçün Luka maaşını əhəmiyyətli dərəcədə azaltmağa hazırdır. Alonso ümid edir ki, rəhbərlik onun fikrini dinləyəcək və Modriçlə müqavilənin gələn ilin iyun ayına qədər davam etdirilməsi ilə razılaşacaq.
Qeyd edək ki, Modriç 2012-ci ildən "Real"da çıxış edir. O, bu mövsüm Madrid klubunda 55 oyuna 4 qol vurub, 9 qol ötürməsi edib.