Türkiyənin Xarici işlər naziri Hakan Fidan Rusiyaya səfər edəcək.
“İki sahil” ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər Rusiya Federasiyasının XİN rəhbəri Sergey Lavrovun dəvəti ilə 26-27 may tarixlərində baş tutacaq.
Səfər çərçivəsində nazir Rusiya prezidenti Vladimir Putin tərəfindən qəbul olunacaq və rusiyalı həmkarı Sergey Lavrovla görüşlər keçirəcək.
Səfər çərçivəsində Türkiyə ilə Rusiya arasında ikitərəfli münasibətlər, regional əlaqələrin ətraflı müzakirəsi, ticarət, enerji və turizm kimi ikitərəfli əməkdaşlığın əsas sahələrində mövcud vəziyyətin nəzərdən keçirilməsi və qiymətləndirilməsi, Rusiya-Ukrayna savaşında Türkiyənin ədalətli davamlı sülhü təmin edilməsinə rolu, Suriya, Qəzza və Cənubi Qafqaz daxil olmaqla regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılacağı nəzərdə tutulur.
Britaniyada parlamentə tarixdə ən çox namizədin qatıldığı əlavə seçkilər başlayıb
Paşinyan dəmir yolu konsessiyasının hissə-hissə satılması imkanını istisna etməyib
Putinin Kuril adalarına səfərinə görə Rusiyanın Tokiodakı səfiri Yaponiya XİN-ə çağırılıb
Moldova fermerləri Ukrayna taxılının tranzitinə tətbiq edilən güzəştə etiraz ediblər