Tailandın Praçuapxirixan əyalətində polis vertolyotunun qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.
“İki sahil” “Bangkok Post”a istinadən xəbər verir ki, hadisə Nonq Kok kəndində baş verib.
“Şənbə günü gündüz saatlarında helikopter qəzaya uğrayıb və alovlanıb. Üç nəfər ölüb, bir nəfər isə paraşütlə tullanıb, onun vəziyyəti hələ ki məlum deyil”, - məlumatda deyilir.
Səlahiyyətlilərin məlumatına görə, “Bell 212” helikopteri Kançanaburi əyaləti polisinin aviasiya bölməsinə məxsus olub.
Təyyarənin uçuş zamanı texniki problemlərlə üzləşdiyi bildirilir.
Britaniyada parlamentə tarixdə ən çox namizədin qatıldığı əlavə seçkilər başlayıb
Paşinyan dəmir yolu konsessiyasının hissə-hissə satılması imkanını istisna etməyib
Putinin Kuril adalarına səfərinə görə Rusiyanın Tokiodakı səfiri Yaponiya XİN-ə çağırılıb
Moldova fermerləri Ukrayna taxılının tranzitinə tətbiq edilən güzəştə etiraz ediblər