26 may 2025 10:58
413

Azərbaycan-Macarıstan əlaqələri uğurla inkişaf edir

Azərbaycan Respublikası müstəqil dövlətdir. Müstəqil dövlətin müstəqil xarici siyasət həyata keçirməsi çağdaş dünyada çox çətindir. Bu siyasəti reallışdırmaq üçün güclü iradə, peşəkar yanaşma, mükəmməl idarəetmə təcrübəsi tələb olunur. Bu baxımdan Azərbaycan Respublikasının xarici siyasətdə qazandığı böyük uğurlar mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın xarici siyasətində birlik, həmrəylik, bərabərlik, hüquq və ədalət kimi dəyərlər həmişə əsas götürülür, baxmayaraq ki, ölkəmiz bəzən bu dəyərlərin əksi ilə üzləşir. Lakin Azərbaycan dövlətinin apardığı hərtərəfli xarici siyasət qarşıya çıxan problemlərin həlli istiqamətində vacib rol oynayır.

Azərbaycan Respublikasının Mərkəzi və Şərqi Avropa ölkələri ilə, xüsusən də Macarıstanla qurduğu çoxşahəli əməkdaşlığın nəticələri müsbət və təqdirəlayiqdir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  Macarıstanın Baş Naziri Viktor Orbanın dəvəti ilə 20 may 2025-ci il tarixində Budapeştə işgüzar səfərə gəlməsinin əhəmiyyəti olduqca böyükdür.

Azərbaycan-Macarıstan əlaqələri artıq oturuşmuş, ciddi əsaslara əsaslan əlaqələrdir və bu əlaqələr bu gün uğurla inkişaf edir. İki öklə rəhbərlərinin qarşılıqlı səfərləri, imzalanan müxtəlif sənədlər, həyata keçirilən birgə layihələr, əldə olunan nailiyyətlər iki ölkə arasında olan dostluq, qardaşlıq, əməkdaşlıq və strateji tərəfdaşlıq  münasibətlərinin parlaq nəticəsidir.

Bu gün Macarıstan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasına ev sahibliyi edir. Bu əlamətdar hadisə Azərbaycanla Macarıstan arasında olan hərtərəfli əlaqələrə böyük töhfədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri zamanı aparılan geniş danışıqlar, söylənilən fikirkər və qarşıya qoyulan vəzifələr Azərbaycan-Macarıstan münasibətlərinin daha da inkişaf etdirilməsinə təkan verən əsas amillərdən biridir. Cənab Prezidentin bu səfərə böyük önəm verməsi, bu səfər çərçivəsində səsləndirdiyi dərin fikirlər Azərbaycan dövlətinin yürütdüyü müstəqil xarici siyasətin nə qədər mükəmməl olduğundan xəbər verir.

Azərbaycan-Macarıstan əlaqələrini dəyərləndirərkən cənab İlham Əliyevin bu fikirlərini yada salmaq lazım gəlir: “Biz dost ölkələrik, strateji tərəfdaşıq. Bu gün danışıqlar və məhdud tərkibdə keçirilmiş görüş zamanı bir daha gördük ki, bir çox məsələlər üzrə mövqeyimiz üst-üstə düşür. Bu gün dəyişən dünyada gedən proseslərə nəzər saldıqda, yenə də mövqelərimizdə elə bir böyük fərq yoxdur. Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var. Birincisi, bizim tarixi köklərimiz. Bilirəm ki, macar xalqı öz tarixi köklərinə çox bağlıdır. Ölkələrimizin əhalisinin sayının təxminən eyni olması, ölkə ərazisinin sahəsi də demək olar bir-birinə çox yaxındır. Oxşarlıqlardan biri də Sizin də qeyd etdiyiniz kimi, Macarıstan açıq dənizlərə çıxışı olmayan ölkədir. Azərbaycan da elə ölkələrdəndir. Düzdür, biz Xəzər dənizinin sahilində yerləşirik, ancaq açıq dənizlərə bizim də çıxışımız yoxdur. Bir də Siz qeyd etdiniz ki, Macarıstan müharibə aparan ölkə ilə həmsərhəddir. Biz də eyni vəziyyətdəyik. Siz müharibə aparan bir ölkə ilə, biz isə digəri ilə həmsərhədik. Yəni, bu oxşarlıqlar təbii olaraq qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaradır. Çünki biz demək olar ki, eyni çağırışlarla üz-üzəyik”. Bu müdrik münasibət bir daha onu göstərir ki, Azərbaycan-Macarıstan əlaqələrinin sistemli şəkildə inkişaf etdirilməsində bu səfərin gözəl nəticələri olacaq.

Şükran Mustafayev,
Bakı şəhəri 254 nömrəli tam orta məktəbin direktor müavini