Mədəniyyət Nazirliyi üzrə 2024-cü ilin dövlət büdcəsindən ayrılmış 269,1 milyon manat vəsaitə qarşı icra 222,7 milyon manat olub.
“İki sahil” xəbər verir ki, bununla bağlı məsələ "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində öz əksini tapıb.
Sənəd parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Layihədə qeyd edilib ki, sərf olunan vəsait ümumilikdə 82,8 faiz təşkil edib.
Xərclərin 163,8 milyon manatı və ya 73,6 faizi əməyin ödənişi, 47,3 milyon manatı və ya 21,2 faizi malların (işlərin və xidmətlərin) satın alınması, 10,4 milyon manatı və ya 4,7 faizi isə tikili və avadanlıqların, qeyri-maddi və qeyri-maliyyə aktivlərinin alınması, 1,2 milyon manatı və ya 0,5 faizi sosial ödənişlər üzrə xərclərin və rezidentlərə verilən qrantların və digər ödənişlərin payına düşür.
Tamamilə süni intellektlə hazırlanan “Oyun Ovçuları” cizgi filmi TRT Avaz-da nümayiş ediləcək
İsi Mustafayev: Bu poçt markasının sayəsində hadisə qurbanlarının xatirəsi daim yaşayacaq
İlham Əmirov: "AZAL-ın qəzaya uğramış təyyarəsinə həsr olunmuş poçt markası mənəvi əhəmiyyət daşıyır"
AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markasının təqdimatı olub
Moldovada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş dərs keçirilib