Moldova Respublikasının Prezidenti Maya Sandu mayın 28-də Azərbaycanın bu ölkədəki səfiri Ülvi Baxşəliyevlə birlikdə Azərbaycanın Müstəqillik Günü münasibətilə Milli Tarix Muzeyində təşkil olunmuş Azərbaycan xalçalarından ibarət sərgi ilə tanış olub.
“İki sahil” Moldova Prezidentinin saytına istinadla xəbər verir ki, sərgidə Azərbaycanın müxtəlif bölgələrinə məxsus ənənəvi və müasir xalçalar nümayiş etdirilir. Hər iki ölkənin mədəni irsinin ortaq elementi olan xalçaçılıq sənəti mədəniyyətlərarası dialoqun rəmzi kimi vurğulanıb.
Prezident Sandu iki ölkə arasında ikitərəfli münasibətlərin əhəmiyyətini vurğulayıb və bu kontekstdə onun Tiranada Avropa Siyasi Birliyinin Zirvə görüşü çərçivəsində Prezident İlham Əliyevlə görüşünü qeyd edib.
Tamamilə süni intellektlə hazırlanan “Oyun Ovçuları” cizgi filmi TRT Avaz-da nümayiş ediləcək
İsi Mustafayev: Bu poçt markasının sayəsində hadisə qurbanlarının xatirəsi daim yaşayacaq
İlham Əmirov: "AZAL-ın qəzaya uğramış təyyarəsinə həsr olunmuş poçt markası mənəvi əhəmiyyət daşıyır"
AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markasının təqdimatı olub
Moldovada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş dərs keçirilib