Prezident İlham Əliyev Azərbaycan ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb.
“İki sahil” xəbər verir ki, dövlət başçısının imzaladığı sənəddə deyilir:
"Nazirlər Kabineti kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydalarını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin".
Sərəncamda qeyd olunub ki, Nazirlər Kabineti kinematoqrafiya sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Sənəddə bildirilib ki, Sərəncam film istehsalı sənayesini gücləndirmək, həmçinin xarici film istehsalçılarını film məkanı kimi Azərbaycan Respublikasını seçməyə təşviq etmək məqsədilə imzalnıb.
Tamamilə süni intellektlə hazırlanan “Oyun Ovçuları” cizgi filmi TRT Avaz-da nümayiş ediləcək
İsi Mustafayev: Bu poçt markasının sayəsində hadisə qurbanlarının xatirəsi daim yaşayacaq
İlham Əmirov: "AZAL-ın qəzaya uğramış təyyarəsinə həsr olunmuş poçt markası mənəvi əhəmiyyət daşıyır"
AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markasının təqdimatı olub
Moldovada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş dərs keçirilib