30 may 2025 09:09
156

Azərbaycan millisi Qızıl Avropa Liqasında mübarizəyə başlayır

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında bu gün mübarizəyə start verir.

“İki sahil” xəbər verir ki, komanda Macarıstan yığması ilə üz-üzə gələcək.

Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində, saat 18:00-da start götürəcək.

Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv ilk turun görüşlərini Bakıda keçirir. Milli iyunun 1-də Sloveniya ilə üz-üzə gələcək.