31 may 2025 12:21
188

“Neftçi” 7 futbolçu ilə vidalaşdı

“Neftçi” PFK 7 futbolçu ilə yollarını ayırıb.

İki sahil” xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Qeyd edilib ki, müqavilə müddəti başa çatan 6 futbolçu – Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev və Höccət Haqverdi ilə müqavilə yenilənməyib. Həmçinin icarə müqaviləsi bitən Rüstəm Samiqullin məxsus olduğu “Sabah” klubuna qayıdıb.

“Ağ-qaralar” futbolçulara gələcək karyeralarında uğurlar arzulayıb.