31 may 2025 15:06
275

Goranboy rayonunda mina hadisəsi baş verib

Mayın 31-də Goranboy rayonunda mina hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin birgə məlumatına əsasən, hadisə rayonun Yenikənd kəndi ərazisində baş verib.

Goranboy rayon Qaraçinar kənd sakini 1980-ci il təvəllüdlü Abbasov Qalib Kamran oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş Goranboy rayonu Yenikənd kəndi ərazisində mal-qara otararkən minaya düşərək xəsarət almışdır. Xəsarət alan şəxsin sol ayağı dizdən aşağı amputasiya edilib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!