01 iyun 2025 10:14
168

Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununa çıxacaq

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında bu gün ikinci oyununa çıxacaq.

“İki sahil” xəbər verir ki, komanda Sloveniya yığması ilə üz-üzə gələcək.

Qarşılaşma saat 18:00-da start götürəcək.

Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv ilk turun görüşlərini Bakıda keçirir.

Yığma birinci oyununda Macarıstana uduzub - 0:3. Sloveniya isə öz növbəsində Macarıstan komandasına eyni hesabla qalib gəlib.