01 iyun 2025 21:00
163

Çempionlar Liqasının rəmzi komandası bəlli oldu

UEFA-nın texniki müşahidəçilər qrupu 2024/2025 mövsümünün Çempionlar Liqasının rəmzi komandasını seçib.

“İki sahil” xəbər verir ki, heyətdə PSJ-dən 7, "Barselona"dan 2, "Arsenal" və "İnter"dən isə 1 oyunçu yer alıb.

Qapıçı: Canluici Donnarumma (PSJ).

Müdafiəçilər: Nuno Mendeş (PSJ), Alessandro Bastoni ("İnter"), Markinyos (PSJ), Əşrəf Hakimi (PSJ).

Yarımmüdafiəçilər: Rafinya ("Barselona"), Deklan Rays (Arsenal), Vitinya (PSJ), Lamin Yamal ("Barselona").

Hücumçular: Usman Dembele (PSJ), Dezir Due (PSJ).

Qeyd edək ki, Çempionlar Liqasının hazırkı qalibi PSJ-dir. Paris klubu dünən keçirilən turnirin finalında "İnter"i 5:0 hesabı ilə məğlub edərək çempion olub.