02 iyun 2025 00:01
187

Çempionlar Liqasının kəşfi kimdir?

PSJ-nin hücumçusu Dezire Due 2024/25 mövsümünün Çempionlar Liqasının ən yaxşı gənc futbolçusu mükafatını qazanıb. 

“İki sahil” xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

19 yaşlı futbolçu turnirdə 16 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə verib. “İnter”ə qarşı keçirilən final matçında (5:0) hücumçu dubla imza atıb.

“Due bu mövsümdə böyük kəşf oldu. O, pley-off mərhələsində inanılmaz irəliləyiş nümayiş etdirdi, finala qədər yüksəldi və şənbə günü keçirilən oyunda matçın ən yaxşı oyunçusu adına layiq görüldü. O, final qarşılaşmasında iki qol vuran ilk yeniyetmədir. Belə rol modellərinin olması əladır – bu, gələcəkdə digər gənc futbolçulara ilham verə bilər”, – deyə UEFA-nın texniki müşahidəçilər qrupu bildirib.

Due 2024-cü ilin yayından PSJ-nin heyətində çıxış edir. O, son mövsüm ərzində Paris təmsilçisinin heyətində ümumilikdə 54 oyuna çıxıb, 15 qol vurub və 16 məhsuldar ötürmə verib.